"Bu Azərbaycanın ən böyük uğurlarından biridir" — Ekspert

GÜNDƏM 21 aprel 2025, 17:59
Azərbaycanla Çin arasında vizasız gediş-gəliş haqqında Saziş imzalanacaq. Bu Azərbaycan turizminə necə təsir edəcək?

Bununla bağlı turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, ümumiyyətlə viza çox mühüm məsələdir:

“Hansı ki bir sıra ölkələrlə təkcə turizm deyil, iqtisadi, siyasi, mədəni və digər əlaqələrin genişlənməsinə səbəb olur. Xüsusən də turizmə təsirini göstərir.  Mövzu Çindən gedirsə, bu Azərbaycanın ən böyük uğurlarından biridir.  Şərqin ən böyük və ən çox əhalisi olan Çinlə vizanın aradan qalxması iki tərəfli əlaqələrin genişlənməsində xüsusi rol oynayacaq. Çindən Azərbaycana gələn turistlərin turizmə inkişafına, ölkə iqtisadiyyatının müsbət mənada gəlirlərin artmasına təsirini göstərəcək.  İkinci isə Bakıdan vətəndaşların Çinə ticari əlaqələrlə getməsinə və oradan toptançıların məhsullar gətirməsinə,  burada daha da geniş çeşidli işlər görməsinə şərait yaradacaq. Bu iki tərəfli olaraq həm oradan gələn turistlər üçün, həm buradan gedən insanlar üçün çox mühüm addım olacaq. Ən çox qazanan tərəf əlbəttə ki, biz olarıq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top