Tərtərdə bir ailənin 4 üzvü faciəvi şəkildə öldü

HADİSƏ 21 aprel 2025, 12:57
Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Rüfət Mais oğlu Tağızadə, onun həyat yoldaşı Əfsanə Fəqan qızı Tağıyeva, onların övladları Ümid Rüfət oğlu Tağızadə və Sürəyya Rüfət qızı Tağızadə yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top