Bakıda şadlıq evinin qarşısında DAVA: Polis müdaxilə edib

HADİSƏ 21 aprel 2025, 08:21
Bakının Bakıxanov qəsəbəsində bir qrup şəxs arasında mübahisə baş verib.

Demokrat.az xəbər verir ki, dərhal əraziyə polislər cəlb olunub və onların müdaxiləsindən sonra mübahisənin böyüməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən şadlıq evlərinin birində bir qrup şəxs arasında baş verən mübahisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşları əraziyə cəlb olunaraq ictimai asayiş bərpa edilib.

Tərəflər müəyyən olunaraq polis orqanına gətiriliblər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 aprel 2025, 10:01
21 aprel 2025, 09:11
Top