
"Gün ortası" verilişində maraqlı anlar yaşanıb.
Demokrat.az Milli.Az-a istinaden xəbər verir ki, canlı efir zamanı müğənnilər Zahidə Günəşlə Mənzurə Musayevaya arasında dialoq diqqət çəkib.
Belə ki zahidə həmkarı Əlikram Bayramovun Mənzurəyə olan 3 min dollar borcunu elə studiyada onun əlinə sıxıb.
Musayeva isə qarşılığında o puldan özündə də olduğunu bildirərək götürməkdən imtina edib.
Sözügedən anlar müzakirələr yaradıb.