Ekspert: "DİM-in imtahan suallarının tərtibinə qeyri-peşəkar yanaşması buna imkan vermir"

GÜNDƏM 17 aprel 2025, 16:48
"Keçən il 11-ci sinif buraxılış imtahanlarında cəmi 55 nəfər maksimum 300 bal toplamışdı. Bu il 11-ci sinif üzrə buraxılış imtahanların nəticələrinə görə hələ ki, cəmi 43 nəfər maksimum 300 bal toplayıb. Qarşıda əvvəlki illərin məzunlarının 6 aprel buraxılış imtahanlarının cavabları qalıb. Orada da abituriyentlərin maksimum bal toplamağı gözlənilir. Eləcə də apelyasiyadan sonra 300 bal toplayan abituriyentin olması da istisna edilmir".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.

Ekspert bildirib ki, hazırkı vəziyyətdə 300 balı toplayan abiturientlərin sayı keçən illə müqayisədə bu il hələ ki, 12 nəfər azdır:

"Əslində bu, builki imtahanlarda müəyyən çaşdırıcı sualların olmasının göstəricisidir. Normalda pandemiyadan sonrakı dövr üçün təhsilin keyfiyyətinin yüksələn şkala üzrə dinamikası müşahidə edilməli idi. Təssüf ki, DİM-in imtahan suallarının tərtibinə qeyri-peşəkar yanaşması bu il buna imkan vermədi".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top