Leysan xarakterli yağış kəsilib — FAKTİKİ HAVA

SOSİAL 17 aprel 2025, 11:20
Bakıda və Abşeronda leysan xarakterli yağış kəsilib

Aprelin 17-si səhər saat 6:00-dan etibarən Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağan leysan xarakterli yağış kəsilib.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı 5 mm-dək olub.

Qərb rayonlarında yağıntı gecə saatlarında kəsilib

Qərb rayonlarında isə müşahidə olunan yağıntı aprelin 17-si gecə saatlarında kəsilib, lakin bəzi şimal və şərq rayonlarında davam edir. Səhərədək düşən yağıntının miqdarı Quba, Qusar, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada 2-10 mm qeydə alınıb.

Dağlıq ərazilərdə qar yağıb

Altıağac, Xınalıq, Lerik, Qrız və Xaltanda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıqda 76 sm, Qrızda 38 sm, Lerik və Xaltanda isə 8 sm təşkil edir.

Külək və hava temperaturu

Bakıda və Abşeron yarımadasında gecə saatlarında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-dək güclənib, səhər saatlarında isə 20 m/s-dək zəifləyib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarında isə 2 dərəcəyədək şaxta qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top