Video zənglərdə YENİLİK — “WhatsApp” görüntünü dəyişdi

SOSİAL MEDİA 17 aprel 2025, 00:50
“WhatsApp” xüsusi olaraq iPhone istifadəçiləri üçün bir sıra yeniliklər həyata keçirib.

Demokrat.az xəbər verir ki, yeniliyə əsasən artıq sənədləri “iPhone”dan skan etmək və birbaşa “WhatsApp” vasitəsilə göndərmək olar.
 
Bundan əvvəl video zəngləri böyütmək imkanı təqdim edən “WhatsApp”, əlaqə keyfiyyətinin yaxşılaşdırılması üçün texniki təkmilləşdirmələr də aparılıb.

Məlumata görə, “WhatsApp” həmçinin kanallar üçün bəzi yeni funksiyalar təqdim edib.

Kanal adminləri artıq qısa videolar çəkə və onları birbaşa izləyiciləri ilə paylaşa bilərlər. Bildirilir ki, bu funksiyalar hələlik bütün istifadəçilər üçün əlçatan deyil. (Metbuat.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top