Gürcüstan Rusiya ilə münasibətlərdə maneə olduğunu bildirib

DÜNYA 14 aprel 2025, 20:18
Abxaziya və Cənubi Osetiyanın statusu məsələsi Rusiya ilə tam münasibətlərin bərpasına əsas maneə olmaqda davam edir. 

Demokrat.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Tbilisi bu məsələdə Moskvadan konkret addımlar görmək istəyir. 

Aprelin 11-də Gürcüstanın baş naziri İrakli Kobaxidze ərazi mübahisələrinə baxmayaraq, ölkənin  Rusiya Federasiyası ilə münasibətləri bərpa etmək istəyini bəyan edib. O qeyd edib ki, hazırda ölkələr arasında diplomatik münasibətlər yoxdur, lakin Tbilisi ilə Moskva arasında iqtisadi-ticarət tərəfdaşlığı mövcuddur.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top