Sürücülük təlimi verən şəxslərin özlərinə “təlim” KEÇİLMƏLİDİR?

GÜNDƏM 13 aprel 2025, 19:45
Sosial şəbəkələrdə sürücülük təlimi axtardığımız zaman qarşısımıza  saysız-hesabsız təlimçi səhifələri və reklamları çıxır. Qanunvericiliyə əsasən, sürücülük təlimi verən şəxslər ən azı 5 il intensiv sürücülük təcrübəsinə malik olmalı, eyni zamanda nəzəri bilikləri və psixoloji hazırlıqları yoxlanmalıdır. Lakin reallıqda bu tələblərə hər zaman əməl olunmur. Bəzi sürücülük kurslarında təlimçilərin əksəriyyəti sadəcə taksi sürücülərindən ibarətdir və onların peşəkar təlim vermə bacarığı sual altındadır. Bu isə sözügedən sahədə nəzarətsizliyin və keyfiyyət problemlərinin olduğunu düşünməyə əsas verir. Bir çox mütəxəssis belə halların yol təhlükəsizliyinə və gələcək sürücülərin hazırlıq səviyyəsinə ciddi şəkildə təsir göstərdiyi qənaətindədir.

Bəs, sürücülərin hazırlanması üçün əsas hansı tənzimləmələrə ehtiyac var?

Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizim.Media -ya danışıb.

Onun sözlərinə görə, bəzi sürücü məktəbləri və sürücülük kursları dərsləri formal şəkildə tədris edir.

" Bu səbəbdən də bu gün yol hərəkəti qaydalarını bilməyən, avtomobili lazımi səviyyədə idarə etməyi bacarmayan, sürücük mədəniyyəti olmayan sürücüləri görürük. Bu, həm də yollarda baş verən qəzalara da təsir edir. Statistikaya görə, belə sürücülər tərəfindən edilən qəza sayları daha çoxdur.

Sürücülük təlimi ilə məşğul olan kəslər əsasən nümunəvi vətəndaş və sürücü olmalıdır. Uzun müddət sürücülük təcrübəsi olmalı, tarixçəsində ağır qəzalar, qaydaların dəfələrlə pozulması olmamalı və buna bənzər məsələlər xüsusi diqqətə götürülməlidir", - deyə o vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 aprel 2025, 10:56
Top