Azərbaycan Beynəlxalq Universitetinin (ləğv edilib-red) rektoru Elşad Abdullayev barəsindəki cinayət işi ilə bağlı istintaqa çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İctimai Tv-yə bildiriş daxil olub.
Rəsmi çağırışda yazır ki, Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci ( rüşvət verməyə cəhd etmə) maddələri ilə təqsirləndirilən Abdullayev Elşad İslam oğlu mayın 2-si saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Baş Prokurorluğun İstintaq idarəsinə gəlməlidir.
Təqsirləndirilən şəxsə izah edilir ki, Elşad Abdullayevə izah edilir ki, ibtidai istintaqda şəxsən iştirak etmək, özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etmək istədiyi halda, müdafiəçi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməlidir.
Ona xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və bu barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Məlumatda deyilir ki, Elşad Abdullayevə 01 sentyabr 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Qeyd edək ki, daha əvvəl Baş Prokurorluq Qurban Məmmədov, Tural Sadıqlı, Orxan Ağayev, Süleyman Süleymanlı, Rəfael Piriyev və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.