Xəbər verdiyimiz kimi, 11 aprel 2024-cu il tarixdə Gəncə Dövlət Universitetinin binasından kənarda universitetin keçmiş əməkdaşı 1988-ci il təvəllüdlü Məmmədova Günay Asim qızı özünə yüngül bədən xəsarəti yetirməyə cəhd göstərib.
Məsələ ilə bağlı Gəncə Dövlət Universitetindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, hadisə univeritet binasının yaxılığında baş verdiyinə görə GDU rektorluğu tərəfindən hüquq mühafizə orqanlarına məlumat verilib.
“Hazırda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova 3 il bundan öncə öz ərizəsi ilə işdən azad olunub.
Öz istəyi ilə işdən ayrılsa da G.Məmmədova dəfələrlə GDU-nun rəhbərliyini təhdid edərək hədə-qorxu gəlib, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına və Ombudsmana müraciət edib.
G.Məmmədova bununla əlaqədar verdiyi izahatlarda işdən çıxdığına görə GDU rəhbərliyini günahlandırmayıb, narazılığının olmadığını, müraciətlərinin isə psixoloji və ailə problemləri ilə əlaqəli olduğunu bildirib. Bu gün baş verən hadisənin isə GDU ilə bağlı heç bir əlaqəsi yoxdur”.
Qeyd edək ki, GDU-nun dəftərxanasının əməkdaşı olan 1988-ci il təvəllüdlü Günay Məmmədova işdən çıxarılması səbəbindən özünə xəsarət yetirib. O, dərhal xəstəxanaya yerləşdirilib.