Qusar şəhərində məşhur restoranlardan birində dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar şəhərində yerləşən “Oazis” restoranında baş verib. Qusar rayon sakini, 1989-cu il təvəllüdlü Vəli restoranının müştərilər üçün nəzərdə tutulmuş otaqda yumruq zərbələri ilə Mahirənin (adlar şərtidir – red.) sifət nahiyəsinə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, taksi fəaliyyəti ilə məşğul olan zaman Mahirə ilə tanış olub və sonradan onunla yaxın qadın kişi münasibətləri olub: “Sonradan Mahirə ilə münasibətimi kəsdim. Sonradan dostum mənimlə Mahirəni barışdırmaq istədiyini dedi və bizi “Oazis” restoranına apardı. Orada Mahirə əlində olan çaxırı üstümə tulladı. Sonra Mahirə çaxır butulkası ilə məni vurmaq istədi. Bu vaxt mən qapını açaraq oradan getdim. Mahirəni yumruq və təpiklə, başqa hər hansı zərbə ilə vurmamışam”.
Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, hadisə günü saat 21 radələrində Qusar şəhərində yerləşən “Oazis” restoranının müştərilər üçün nəzərdə tutulmuş otaqda baş vermiş mübahisə zamanı yumruqla Mahirənin sifətinə vuraraq ona xəsarət yetirib.
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baş verib. Məhkəmənin hökmü ilə Vəliyə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşadığı Qusar rayonunun kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qusar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az