Məhkəmədən həbsdə olan vəkil Adəm Məmmədovla bağlı QƏRAR

KRİMİNAL 11 aprel 2025, 12:50
Abşeron Rayon Məhkəməsi fəaliyyəti dayandırılmış, hazırda həbsdə olan vəkil Adəm Məmmədov tərəfindən şər-böhtan xarakterli xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulunu ləğv edib.

Bu barədə Demokrat.az-a vəkil Cavidan Osmanlı məlumat verib. 

Cavidan Osmanlı xatırladıb ki, vəkili olduğu Şövkət Azayevadan Abşeron Rayon Məhkəməsinə fəaliyyəti dayandırılmış, hazırda həbsdə olan vəkil Adəm Məmmədov tərəfindən şər-böhtan xarakterli xüsusi ittiham qaydasında şikayət verilmişdir:

“Bu gün çıxan məhkəmə qərarı ilə həmin şikayətin icraata qəbulundan imtina edilib və ədalət bərqarar olub. Qanunun aliliyi hər şeydən üstündür”.

Xatırladaq ki, Şövkət Azayeva daha əvvəl də Adəm Məmmədov barəsində dövlət orqanlarına oğlunun həbsdən çıxarılması adı ilə ondan pul alınması ilə bağlı şikayət edib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 09:27
Top