Gəncə məktəbində iki şagirdin müəllimi döyməsinə RƏSMİ REAKSİYA

KRİMİNAL 11 aprel 2025, 09:40
Gəncə şəhərində 4 saylı xarici dil təmayüllü məktəb liseyində şagirdlərlə müəllim arasında baş verən insindent hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindədir. 

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-nın yerli bürosuna bildirib ki, məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır:

“Müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə Eşqin Qasımov əlavə edib.

Qeyd edək ki, 10.04.20025-ci il tarixdə 08:45 radələrində məktəbin azərbaycan bölməsinin idman müəllimi , 1985-ci il təvəllüdlü Fərrux Bəham oğlu Quliyevlə liseyin IX və X sinfində oxuyan şagirdləri arasında insindent yaşanıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 aprel 2025, 09:27
Top