İran prezidenti ABŞ məsələsində ali dini liderə təzyiq edib

DÜNYA 11 aprel 2025, 19:59
Prezident Məsud Pezeşkian İranın ali dini lideri Əli Xamneyiyə ABŞ- la danışıqlara icazə verməsi üçün  təzyiq edib. 

Demokrat.az
xəbər verir ki, bu barədə New York Times məlumat yayıb.

Məqalədə bildirilir ki, Pezeşkian məhkəmə hakimiyyəti və parlament rəhbərləri ilə birlikdə ABŞ-la danışıqlar məsələsində İranın ali dini lideri Əli Xamenei ilə məsləhətləşib.  Rəsmilər ABŞ və İsraillə münaqişə təhlükəsindən, habelə danışıqlardan imtina ediləcəyi təqdirdə İranın əsas nüvə obyektlərinə zərbələrin qaçılmazlığından danışıblar.

İran və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də baş tutacaq.  İran tərəfinin bəyanatlarına görə, danışıqlar birbaşa deyil, Maskatın vasitəçiliyi ilə aparılacaq.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top