Elektrik naqilləri üzərində gəzən keçi hamını şoka saldı — FOTOLAR

DÜNYA 10 aprel 2025, 00:39
Braziliyada yüksək hündürlükdə elektrik naqilləri üzərində gəzən keçi hər kəsi təəccübləndirib.

HİT.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, Braziliyanın Seara ştatında əhali elektrik xətlərinə qida axtarışı üçün dırmaşan bir keçiyə şahid olub. 

Heyvan naqillər üzərində balansını qoruyaraq təzə yaşıl otlara çatmağa çalışıb və eyni zamanda ətrafa nəzər salıb. Daha sonra xilasetmə işçiləri yerə çataraq keçini yerə endiriblər.

Media qeyd edir ki, bu, keçilərin gözlənilməz yerlərdə peyda olmasının ilk hadisəsi deyil. Məsələn, Madriddə xilasedicilə çoxmərtəbəli binanın balkonuna dırmaşan bir keçini xilas etmək məcburiyyətində qalıblar. Heyvan təxminən 15 metr hündürlükdə olub və bu, xilasetmə əməliyyatını çətinləşdirib.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top