“Ermənistanda yerləşən Aİ müşahidə missiyasının adı mülkü missiya olsa da, tərkibində Fransa jandarması, Almaniya ordusuna mənsub olan şəxslər də var. Mülkü missiyada sadəcə Aİ-na aid deyil, çünki Kanadadan da nümayəndələr var. Ona görə də missiya daha çox Aİ-nın deyil, NATO-nun missiyasına bənzəyir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib.
O bildirib ki, missiya konkret olaraq kəşfiyyat, Azərbaycana təzyiq və təhdid vasitəsi rolunu oynayır:
“Əgər Ermənistan tərəfinin təzyiqlərinə Azərbaycan tərəfi cavab vermək istəsə, mütləq şəkildə həmin missiya nümayəndələri Azərbaycan ordusunun qarşısında bitəcək. Missiya sanki Ermənistanın sığortası rolunu oynayır. Mülkü missiya daha çox hərbi işlərlə bağlıdır. Düşünürəm ki, regiondakı gərginliyin artmasında, son dövrlər atəşkəsin mütamadi olaraq pozulmasında mülkü missiyanın fəaliyyəti var. Missiya regionda təhdiddir və hər keçən gün bunu daha çox hiss edəcəyik”.
Əfsanə Kamal
Demokrat.az