Vahid Əhmədovun oğluna yeni VƏZİFƏ VERİLİR

SİYASƏT 07 aprel 2025, 11:30
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.

Modern.az-ın məlumatına görə, iclasda bir sıra məhkəmələrə hakimlərin təyin edilməsi və vəzifədən azad edilməsi müzakirə ediləcək.

Qanun layihəsinə görə, Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.

Qeyd edək ki, Zəfər Əhmədov sabiq deputat Vahid Əhmədovun oğludur. O, bundan əvvəl prokurorluqda çalışıb.

Layihəyə görə, Orxan İsmayılov Şirvan Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.  Füzuli rayon Məhkəməsinin sədri Aqil Əlisa oğlu Musayev də Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.

Bakı Apelyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad ediləcək: Allahverdiyev Elbəy Hidayət oğlu, Əyyubov Fərid İlham oğlu, Sarıyev Xəyal Əjdər oğlu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 aprel 2025, 19:30
10 aprel 2025, 17:35
Top