Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

SİYASƏT 10 aprel 2025, 15:04
Qərbi Azərbaycan İcmasının "Qaçqınlıq və Qadınlar" mövzusunda keçirdiyi konfransın iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Bu barədə Demokrat.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, müraciətin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır.

Qeyd edək ki, bu il martın 1-i Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda "Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilib. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmiş konfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquq pozuntularına cəlb etmək idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top