Nuridə Allahyarova tutduğu vəzifəsindən azad olundu — FOTO

SOSİAL 18 aprel 2025, 11:15

İki il əvvəl TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qafqazın ən böyük tibb müəssisəsi sayılan "Yeni Klinika"da  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunan Nuridə Allahyarova işindən ayrılıb. 

Demokrat.az xəbər verir ki, bu barədə o, özünün sosial hesabında məlumat verib:

“Yeni Klinika ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Mənim üçün xoş təcrübə oldu. Faydalı olmaq üçün vəsilə olmaq şansı əldə etdim.

Ən böyük qazancım bu oldu. Nə zamansa hansısa həkimi qınamışamsa üzr istəyirəm, mən iki il dözdüm. Onlar bir ömür boyu bu peşəni layiqincə, səbrlə daşıyırlar. Bütün həmkarlarıma mənə bu yolda şərtsiz dəstək olduqları üçün minnətdaram. TƏBİB və Yeni Klinika komandasına təşəkkür edirəm.

Aramızda işlə bağlı umu-küsü olan media həmkarlarım da oldu, onlar da sağ olsun ki, küsülü olsaq da heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər. Xəstəlik qorxulu deyil-onu Yeni Klinikada müalicə edəcəklər, qorxulu olan ədalətsizlikdir, onun müalicəsi yoxdur”, deyə o, paylaşımında qeyd edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 aprel 2025, 13:21
19 aprel 2025, 13:00
Top