Gürcüstan prezidenti Mixail Kavelaşvili aprel ayında Azərbaycana, daha sonra Ermənistana səfər edəcək. Bu barədə onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya bildirib. Azərbaycana səfər aprelin 14-15-də, Ermənistana isə ayın sonunda baş tutacağı bildirilir. Səfərin dəqiq tarixləri hələ müəyyən edilməyib.
Məsələ ilə bağlı politoloq Elçin Alıoğlu Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, bu, Gürcüstan prezidenti Mixail Kavelaşvilinin prezident seçildikdən sonra regiona ilk səfəridir:
“Gürcüstan prezidenti Cənubi Qafqazda balanslı siyasət yürütmək istəyir. Bu səfərlə o Tbilisinin tərəfsiz vasitəçi rolunu gücləndirmək istədiyini göstərir. Burada ilk məqam sülh prosesi və regionda sabitliyin təşviqidir. Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesi fonunda Gürcüstan regional sabitliyətə töfhə vermək istəyir. Gürcüstan 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Bakı-İrəvan arasındakı dialoqu təşviq etməyə çalışıb. Kavelaşvilinin Azərbaycana, daha sonra Ermənistana səfər etməsi vasitəçi rolunu gücləndirmək niyyətində olduğunu göstərir. İkinci məsələ iqtisadiyyat, kommunikasiya və nəqliyyat layihələridir”.
Politoloqun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında nəqliyyat kommunikasiya xətlərinin bərpası məsələsi öz aktuallığını qoruyur:
“Gürcüstan Azərbaycanla artıq uzun illərdir ki, strateji tərəfdaşdır. Gürcüstan Elmənistanla mövcud gərginlik fonunda texniki əməkdaşlıq etmək marağındadır. Avropa İttifaqının Gürcüstana tətbiq etdiyi sanksiyalar və hədələr fonunda rəsmi Tbilisi üçün enerji təhlükəsizliyi və region daxili sabitlik, enerji axınlarının təminatı olduqca mühüm məsələdir. Kavelaşvili regionda sülh və əməkdaşlıq təşəbbüsələrinə rəhbərik etmək niyyətində olduğunu gizlətmir.
Biz bu səfərin konstruktiv əməkdaşlıq və Gürcüstanla strateji tərəfdaşlığın daha da dərinləşməsi kimi qiymətləndiririk. Azərbaycan üçün Gürcüstan yalnız tranzit tərəfdaş deyil, həm də Qərblə kommunikasiya kanallarında mühüm bir bağdır. Gürcüstanın Ermənistana qarşı neytral mövqeyi və sülh təşəbbüsləri Azərbaycanın maraqlarına uyğundur. Bu səfər sadəcə diplomatik iş deyil. Eyni zamanda Gürcüstanın gələcək xarici siyasət kursununun hansı çərçivədə formalaşacağını da müəyyənləşdirə bilər. Səfər zamanı Mixail Kavelaşvili beynəlxalq aləmdə Gürcüstanın aktiv, amma neytral oyunçu olduğunu göstərmək istəyir. Mixail Kavelaşvilinin hər iki ölkəyə səfəri Rusiya tərəfindən yaxından izləniləcək”.
Leyla Turan
Demokrat.az