"ABŞ müasir dünyada beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırır" — RƏY

DÜNYA 10 aprel 2025, 18:14
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, hazırda ABŞ-la çox güclü münasibətlər bölgəmiz üçün vacibdir.

Bununla bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlama verib.

O bildirib ki, ABŞ-la vəziyyət böhran səviyyəsində qalıb:

“Demək olar ki, bu proseslərdə irəliləyiş olmadı.  Prezident ona görə Bayden dönəmini xüsusilə fərqləndirdi. İndi ki ABŞ administrasiyası üçün yeni potensial əməkdaşlıq imkanlarının olmasını altını bir daha cızdı. Amma orada mesajlar daha çox fərqli yöndə idi. ABŞ müasir dünyada beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırır. Tramp belə bir addım atırsa, yeni maraq orbiti, yeni maraq coğrafiyası yaradırsa, o mütləq şəkildə Cənubi Qafqaz geostrategiya xəttinə önəm vermək məcburiyyətində qalacaq.  Çünki Cənubi Qafqaz  məkan kontekstində baxdıqda Orta Asiya ilə əsas ötürücü lokomotiv funksiyanı yerinə yetirən coğrafiyadır. Burada nə Ertmənistan, nə də Gürcüstanla meqa layihələr aparmaq mümkündür. Ona görə də Azərbaycan burada üstünlük təşkil edir. Azərbaycan Rusiya-Ukrayna məsələləri kontekstində bölgə kommunikasiyalarının əsas ötürücüsünə çevrilmək üzrədir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top