"Sobsan" boya zavodu zəhərli maddələri gölə axıdır? — VİDEO

GÜNDƏM 10 aprel 2025, 18:57
"Sobsan" boya şirkətinin Aşağı Güzdək qəsəbəsində yerləşən zavodunun zəhərli tullantıları yaxınlıqdakı gölə axıdılır. Bu iddialar  mediada yayılıb. 

Ajans.az saytının Baş redaktoru, jurnalist Tural Müseyibov görüntülərin yayılmasının ardından hadisə yerinə gedib. Məsələ ilə bağlı danışan vətəndaşlar bildiriblər ki, ərazidən daim pis qoxular gəlir.

Uzun illərdir ərazidə yaşayan vətəndaş qeyd edib ki, İcra hakimiyyətinin və FHN-nin nümayəndələri əraziyə baş çəkiblər, lakin hələ tədbir görülməyib.

Hadisə ilə bağlı video reportajı təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top