“Şərti dövlət sərhədində yerləşən Ermənistan ordusunun bölmələri demək olar ki, son həftələr ərzində intensiv şəkildə atəşkəsi pozmağa davam edirlər. Bəzən atəşkəs pozuntuları Azərbaycanın bir neçə yaşayış məntəqəsi istiqamətində baş verir və bütün bunlar Ermənistanın hərbi siyasi rəhbərliyinin vəziyyəti gərginləşdirməkdə maraqlı olduğunu göstərir”.
Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, Ermənistanın hərbi siyasi rəhbərliyi Hindistan və Fransadan əldə edilən silahlar hesabına müharibə zamanı itirdikləri hərbi potensialı bərpa etməyə və Azərbaycana qarşı revanş hazırlıqlarına başlayıblar:
“Belə bir əhval-ruhiyyə Ermənistan ordusunda hökm sürməkdədir ki, sözdə sülhdən danışılır, əslində isə ərazidə uzaqmənzilli silahlar yerləşdirilir və bu silahların atəş məsafəsi Azərbaycanın hətta rayon mərkəzlərini belə atəş altında tutmağa imkan verir. Ermənilərin bu fəaliyyətləri ümumilikdə əməliyyat şəraitini kifayət qədər gərginləşdirir. Belə bir atəşkəs pozuntusu Azərbaycan Silahlı Qüvvələrinin şəxsiyyətinin həyatına ciddi təhdidlər yaradır və bu təhdidlərin aradan qaldırılması artıq zərurətə çevrilib.
Otuz illik işğal tarixinə malik Ermənistan ordusunun şəxsiyyəti tərəfindən açılan atəş bir azərbaycanlı əsgərin dırnağına xətər yetirərsə, hesab edirəm ki, o zaman Ermənistan çox ağır şəkildə ordumuz tərəfindən cəzalandırılacaq. Artıq Ermənistan tərəfi Azərbaycana seçim yeri qoymur”.