Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR

HƏRBİ 14 iyul 2025, 17:13
Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmri ilə Nihad Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.

Baş prokurorun digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər hərbi prokuroru təyin edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top