Ali Məhkəmə "Meydan TV" ilə bağlı qərarı qüvvədə saxlayıb

GÜNDƏM 18 iyul 2025, 20:21
Ali Məhkəmədə "Meydan TV"yə blok qoyulması ilə bağlı verilən qərardan kassasiya şikayətinə baxılıb.

Bu gün hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bu barədə vəkil Elçin Sadıqov APA-ya bildirib.

Qərara əsasən, şikayət təmin edilməyib və qətnamə qüvvədə saxlanılıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi 2017-ci ilin mayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası əsasında "Azadlıq" qəzeti, "Azadlıq Radiosu", "Azərbaycan Saatı" proqramı, "Turan TV" və "Meydan TV"nin saytının bloklanması barədə qərar çıxarıb.

Bakı Apellyasiya Məhkəməsi həmin qərardan verilən şikayəti təmin etməyib.

2019-cu ildə Ali Məhkəmədə verilmiş qərara əsasən, "Meydan TV"yə blok qoyulması ilə bağlı qərar ləğv edilərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Lakin məhkəmədə iddia yenidən təmin olunub və "Meydan TV"nin ölkədə yayımına tətbiq edilən blok aradan qaldırılmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top