Ölkədə kartof istehsalı ilbəil azalır. Təkcə Tovuz rayonunda keçən illə müqayisədə 1000 hektar az kartof əkilib. Fermerlərin sözlərinə görə, məhsulun toxumlarını xaricdən baha qiymətə aldıqları üçün məhsulun hazırkı satış qiyməti onları qane eləmir. Sahədən kartofun kiloqramının satış qiyməti 40-45 qəpik olduğu halda, bazarlarda 2, 3 dəfə baha qiymətə satılır.
Hazırda bazarda kartofun qiymətləri 70 qəpikdən 2 manata arasında dəyişir.
Demokrat.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, istər ölkəmizdə, istərsə də dünyada sahədə məhsulun qiyməti ilə pərakəndə satış qiyməti arasında həmişə fərq olub:
“Bu, beynəlxalq təcrübədə də belədir. Məsələn, bu gün sahədə kartofun kiloqramı 40-45 qəpikdirsə, bu qiymətə bir sıra əlavə xərclər də gəlir: logistika, saxlama, satış prosesində yaranan xərclər və eyni zamanda satılmayan məhsulların zərəri. Bütün bu faktorlar bir yerdə məhsulun pərakəndə qiymətinə təsir edir və nəticədə alıcı ilə fermer arasında qiymət uçurumu yaranır. Bunun qarşısını almaq üçün vacibdir ki, tərəvəz bazarlarının sayı artırılsın və fermerlərin bu bazarlara çıxışı daha da asanlaşdırılsın. Amma burada başqa bir məsələ də var. Bəzi hallarda fermerlər bu bazarlara çıxmaq istəmir, çünki əlavə xərclərlə üzləşirlər və məhsulu yerində satmaq onlar üçün daha sərfəli olur. Bu baxımdan hesab edirəm ki, fermerlərə daha geniş və sistemli dəstək verilməlidir. Əgər bu dəstək artırılmasa, qiymət artımı tendensiyası davam edə bilər. Ona görə də kənd təsərrüfatı sahəsində, xüsusən tərəvəzçilikdə fəaliyyət göstərən fermerlərimizə dövlət və digər qurumlar tərəfindən əlavə proqramlar çərçivəsində dəstək mexanizmləri hazırlanmalı və tətbiq edilməlidir”.
Leyla Turan
Demokrat.az