Yay fəslində bəzi qidalar var ki, mütəxəssislər o qidaları istehlak edərkən diqqət etməyi, çox tez-tez yeməməyi tövsiyə edirlər. Məsələn, mayonezli, souslu qidalar, dəniz və süd məhsulları, bəzən kolbasa və sosiskalar da bu qidalar sırasına daxil edilir.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında deyib ki, kolbasa və sosiskalar ət məhsulu, həm də zülal tərkibli olduğuna görə, yüksək temperaturlarda tərkibindəki mikroorqanizmlər sürətlə çoxalır:
“Bu da məhsulun xarab olmasına və eyni zamanda həmin məhsuldan istifadə edən insanlarda ciddi zəhərlənmələrə səbəb ola bilər. Xüsusilə də bu məhsullar soyuducu şəraitindən kənarda olduqda istər marketdən alınarkən, istər evə çatdırılma zamanı yay aylarında temperatur yüksək olduğu üçün onların tərkibində dəyişikliklər baş verir. Buna görə bu məhsulları alış-verişin ən sonunda almaq və daşınma zamanı mütləq şəkildə soyuq zəncir prinsipinə əməl etmək lazımdır. Əks halda tərkibdəki bakteriyaların inkişafına şərait yaranır və bu da botulizm, salmonella kimi təhlükəli qida zəhərlənmələrinə gətirib çıxara bilər. Keyfiyyəti və mənşəyi bəlli olmayan, ucuz və açıq havada satılan bu cür məhsullar daha da risklidir”.
Mütəxəssisi əlavə edib ki, bu məhsullar salat və ya digər qidalara əlavə olunursa, xüsusilə bişmiş tərəvəzlərlə birlikdə saxlanılırsa, zəhərlənmə riski daha da artır:
“Bu məhsulları alarkən istehsalçı, tərkib və saxlama qaydaları barədə tam məlumat olan, etibarlı markalara üstünlük verilməlidir. İstifadədən əvvəl sosiskalar mütləq bişirilməli, kolbasalar isə açıldıqdan sonra tez istifadə olunmalıdır. Bəzən doğranmış formada və ya böyük çəkidə alınan kolbasaların müddəti keçmiş olur, bu da istifadəçi səhlənkarlığı nəticəsində zəhərlənməyə səbəb ola bilər. Bütün bu məqamlara ciddi şəkildə diqqət yetirilməlidir”.
Leyla Turan
Demokrat.az