Balakəndə geriyə hərəkət edən avtomobil piyadanı vuraraq öldürüb

HADİSƏ 18 iyul 2025, 22:32
Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, hadisə Mahamalar kəndi ərazisində qeydə alınıb.

Qeyd olunub ki, Oruc Yekəyev idarə etdiyi "Ford Transit" markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top