Bakının mərkəzində avtomobil yandı — Sürücü yanğını özü söndürdü (VİDEO)

HADİSƏ 18 iyul 2025, 15:25

Bakının mərkəzində qeydə alınan yanğın hadisəsi diqqət çəkib.

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, hərəkətdə olan avtomobil qəfildən alışmağa başlayıb.

Sürücü vəziyyəti vaxtında hiss edərək avtomobili dərhal saxlayıb və yanğını özü söndürməyə müvəffəq olub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik bilinmir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, avtomobilə ilkin baxış keçirilib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top