Çinə səfər etmək bir nəfər üçün neçəyə başa gəlir? — AÇIQLAMA

GÜNDƏM 18 iyul 2025, 17:17
"Artıq Çinə viza rejimi ləğv edilib. Turistlik vizalara ehtiyac qalmadan Azərbaycan vətəndaşları Çinə səfər edə bilərlər. Eyni zamanda Çin vətəndaşları Azərbaycana viza tətbiq olunmadam səfər edə biləcəklər. Vizanın ləğv olunması səfərlər üçün əlverişli şərait yaradır, birbaşa uçuşlar insanlara rahatlıq gətirir, vizasız rejim səyahəti daha maraqlı edir".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Smart Hotels Group" şirkətlərinin direktoru Ceyhun Aşurov deyib.

O bildirib ki, əvvəllər viza üçün 200 dollara yaxın vəsait tələb olunurdu:

"Gələcəkdə Çinə olan səfərləri maya dəyərinin aşağı düşməsi də gözləniləndir. Hazırda turizm şirkətlərinin təşkil etdiyi səfərlər qrup halında 1000 dollardan yuxarı məbləğ təşkil edir. Gələcəkdə əlaqələrin inkişafı, turların daha optimal təşkili daha uyğun qiymətlərin olmasına zəmin yaradacaq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top