"Meşəlik ərazilərə istirahətə gedənlər, həmin ərazilərdə yaşayanlar açıq oddan istifadə etməməlidir. Bu yanğın təhlükəsizliyi baxımından vacibdir. Ancaq zərurət yaranarsa, piknik, istirahət üçün açıq oddan istifadə edilərsə, odun tam sönməsinə əmin olduqdan sonra ərazi tərk edilməlidir. Vətəndaşlar özləri ilə apardıqları məişət tullantılarını mütləq ətrafdan təmizləməlidirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Elmar Nurəliyev deyib.
O bildirib ki, nəzərə almaq lazımdır ki, şüşə qablarda günəş şüalarının təsiri nəticəsində istilik yaranır və yanğın baş verir:
"Siqareti tam söndürdükdən sonra belə meşəlik əraziyə deyil, zibil qutusuna atmaq lazımdır. Nasaz vəziyyətdə olan naqillərin qısa qapanması da yanğın yarada bilir. Elektrik şəbəkəsindən istifadə olunursa, yaxşı vəziyyətdə olmasına diqqət etmək mütləqdir".
Qeyd edək ki, Laçında meşədə baş verən yanğın səbəbindən 3 nəfər məsuliyyətə cəlb olunub.
Əfsanə Kamal
Demokrat.az