Post terminallardan istifadəyə görə xidmət haqqı tutulur?

GÜNDƏM 18 iyul 2025, 17:20
Alıcı post-terminal vasitəsilə 1 manatlıq məhsul aldıqda belə, bu məbləğin bir hissəsi komissiya və vergi şəklində tutulur. Bu isə o deməkdir ki, sahibkara heç bir qazanc qalmır. Məhz bu səbəbdən bir çox ticarət obyektlərində vətəndaşlardan ödənişi nağd şəkildə və ya kartdan-karta köçürmə ilə etmələri xahiş olunur. 

İqtisadçı Natiq Cəfərli bu barədə  Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki, hazırda post terminallardan istifadəyə görə xidmət haqqının tutulması ilə bağlı rəsmi bir qərar yoxdur:

“Yaxın zamanda belə bir qərarın verilməsi də gözlənilmir. Bu məsələ qanunvericilik çərçivəsində deyil, daha çox banklar, postterminal xidmətləri göstərən şirkətlər və Vergilər Departamenti arasında razılaşma əsasında həll olunmalıdır. Məsələn, 5 manata qədər olan alış-verişlərdən xidmət haqqının tutulmaması kimi bir model müzakirə oluna bilər. Əgər bu istiqamətdə konkret qərar veriləcəksə, o zaman bu, qanunvericilikdə dəyişiklik tələb edə bilər. Bu isə ayrıca bir qanunun qəbulu və ya mövcud qanunlara əlavələrin edilməsi ilə mümkündür. Hazırda məsələ daha çox texniki və razılaşdırma mərhələsindədir. İctimai maraqlar nəzərə alınaraq optimal həll yolları axtarılır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top