"Hərbi qulluqçular yaş həddi çatdıqda və ya xidməti müddəti imkan verdikdə pensiyaya çıxırlar. Hazırda hərbi qulluqçulara pensiyaların verilməsi məsələsinə Sosial Müdafiə Nazirliyi baxır.
Hərbi qulluqçular maaşdan əlavə olaraq tutduqlarə vəzifəyə əsasən 10, 20, 25, 30 faizə qədər əlavələr alırlar. Edilən bu əlavə ödənişlər pensiyaya çıxdıqda hesablanmayacaq. Əlavə ödənişlər sadəcə hərbi qulluqçulara xidmətdə olduqları dövrdə maliyyə dəstəyidir. Pensiyaya çıxanda bu əlavələr nəzərə alınmır".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib.
O bildirib ki, yaxşı haldır ki, xidmətdə olan hərbi qulluqçuların sosial-məişət problemləri nəzərə alınır.:
"Onlar, ağır xidmət keçir, bəziləri uzun müddət ailələrindən uzaqda olurlar. Bu addımı mən normal və müsbət qiymətləndirirəm. Yaxşı olardı ki, gələcəkdə hərbi qulluqçuların pensiya təminatı daha da artsın. Çünki bazar qiymətləri artır və hər pensiyaçı eyni məbləğ almır. Eləsi var ki, 800 manat, eləsi var ki, 2000 və ya daha çox alır. Cənab Prezidentin fərmanları ilə ilbəil artımlar olur. Əvvəllər dövlət qulluqçusu kimi pensiyaya çıxırdıq, indi əmək pensiyası alırıq və bu da illik inflyasiyaya uyğun artırılır".
Ekspertin sözlərinə görə, fərq ondadır ki, hərbi qulluqçular daha ağır şəraitdə, dağ rayonlarında, ailələrindən uzaqda xidmət edir:
Onlar təkcə Bakı və ya Gəncədə xidmət etmir, dağlarda xidmət edirlər. Məzuniyyətə yalnız müddət tamam olanda gedə bilirlər. Bütün bu çətinliklər nəzərə alınmalıdır.
Bu gün Sosial Müdafiə Nazirliyi pensiyaların vaxtında ödənilməsində problemlər yaradır. Pensiyalar ayın əvvəlində ödənilməlidir. İndi pensiyalar ayın hətta 22-i belə ödənə bilir. Bu, ciddi problemdir. Zabitlər kredit götürür və onların ödəniş vaxtı ayın 10-na qədər olur. Əgər pensiya 20-də verilirsə, bu zaman cərimələr yaranır.
Banklara tövsiyə verilməlidir ki, hərbi qulluqçuların kreditlərində cərimə tətbiq olunmasın, ya da pensiyanın ödənilməsi üçün sabit tarix müəyyən edilməlidir.
Bu, bu gün hərbi qulluqçuların əsas narazılıq səbəblərindən biridir".
Əfsanə Kamal
Demokrat.az