
İsrail Macarıstanla silah istehsalı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır, mövzu iki ölkənin hökumət rəhbərləri tərəfindən müzakirə edilib.
Demokrat.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Budapeştdə həmkarı Viktor Orbanla görüşü çərçivəsində bildirib.
"Biz silah istehsalında əməkdaşlıq məsələsini müzakirə etdik. Bizə bu ona görə lazımdır ki, yeddi cəbhədə davam edən müharibədə tam qələbə əldə edək," - deyə Baş nazir vurğulayıb.
Məlumatı Benyamin Netanyahunun ofisi yayıb.