ABŞ-a 50-dən çox ölkə gömrük rüsumlarının azaldılması ilə bağlı müraciət edib

DÜNYA 06 aprel 2025, 21:20

Birləşmiş Ştatlar artıq 50-dən çox ölkədən Vaşinqtonun tətbiq etdiyi idxal rüsumlarının azaldılması və ya ləğv edilməsi ilə bağlı danışıqlara başlamaq üçün müraciət alıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset "ABC News" telekanalına müsahibəsində bildirib.

"Ötən gün ABŞ-ın ticarət danışıqlarında iştirak edən nümayəndəsindən hesabat aldım. Bildirildi ki, 50-dən çox ölkə Prezident Donald Trampa müraciət edərək gömrük rüsumları ilə bağlı danışıqlara başlamaq istəyini ifadə edib. Onlar başa düşürlər ki, onların məhsullarına qarşı çoxsaylı rüsumlar tətbiq olunub və bu səbəbdən danışıqlar aparmaq istəyirlər”, – deyə Hasset qeyd edib.

O həmçinin əlavə edib ki, Vaşinqton Rusiya ilə bağlı idxal rüsumlarını tətbiq etməyib.

Hasset deyib ki, Prezident Tramp bu mövzunun Ukrayna üzrə sülh danışıqlarına mane olmasını istəmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top