Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib

KRİMİNAL 31 mart 2025, 14:05
Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib.

Bu barədə Demokrat.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 aprel 2025, 23:42
Top