Polis Sumqayıt sakinlərinin kabusuna çevrilən şəxsləri SAXLADI — VİDEO

KRİMİNAL 29 mart 2025, 21:42
Sosial şəbəkədə Sumqayıt şəhərində binaların girişlərində oğurluq edilməsi ilə bağlı görüntülər yayılıb.

Demokrat.az
xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində görüntülərdəki şəxslər - 38 yaşlı Azad Sarıyev və 29 yaşlı Zaur Ərzimanov saxlanılıblar.

Onların Sumqayıt şəhəri ərazisində analoji cinayətlərdə iştirak edib-etmədiklərini müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.

 
\

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top