Son illərdə həyata keçirilən uğurlu iqtisadi islahatlar və dövlət proqramları regionların inkişafına təkan verib. İnfrastrukturun modernləşdirilməsi, sahibkarlığın dəstəklənməsi və yeni investisiya layihələri bölgələrdə sosial rifahı yüksəldib, həyat səviyyəsini nisbətən yaxşılaşdırıb. Dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və sosial təşəbbüslər regionların inkişafına yeni imkanlar açır.
Yeni texnologiyaların və innovativ həllərin tətbiqi regionların sosial-iqtisadi strukturuna necə təsir edir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Vüqar İskəndərov bildirib ki, hazırda dünyada dördüncü sənaye inqilabı baş verir:
“Yeni innovasiyalar, texnologiyalar və internetin sürətli inkişafı insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bu yeniliklər sənaye, aqrar sektor, turizm və digər sahələrdə tətbiq olunaraq müsbət təsir göstərir. Müasir bilikləri ölkəyə gətirən və tətbiq edən dövlətlər daha sürətli inkişaf edirlər. Azərbaycan da bu prosesdən geri qalmır. Xüsusilə Vətən müharibəsindəki qələbədən və suverenliyin tam bərpa olunmasından sonra ölkə sürətlə inkişaf edən, nüfuzlu dövlətə çevrilməkdədir. Azərbaycan yalnız Cənubi Qafqaz regionunda deyil, daha geniş coğrafiyada da tanınan ölkə kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyev beynəlxalq səviyyədə nüfuzlu siyasi lider kimi qəbul edilir və ölkəni qlobal arenada uğurla təmsil edir. Ölkədə iqtisadi islahatlar aparılır, dövlət borcu azalır, ümumi daxili məhsulda müsbət tendensiya müşahidə olunur. Yeni texnologiyalar tətbiq edilir, yaşıl enerji sahəsində mühüm addımlar atılır. Külək, su və günəş enerjisinin istifadəsi genişləndirilir. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələri icra edilir ki, bu da ölkənin innovativ inkişaf strategiyasının tərkib hissəsidir”.
Millət vəkili onu da bildirib ki, Azərbaycanın regionlarında genişmiqyaslı inkişaf proqramları həyata keçirilir:

“Şəhər və rayonlarda müasir infrastruktur qurulur, sənaye parkları yaradılır. Bakı dünyanın ən mühüm turizm mərkəzlərindən birinə çevrilməklə yanaşı, bölgələrdə də turizmin inkişafına xüsusi diqqət ayrılır. Yeni hotellər və istirahət mərkəzləri qurulur, iş adamlarının bölgələrə sərmayə yatırmasına şərait yaradılır.
Dövlət proqramlarının icrası mütəmadi nəzarətdə saxlanılır və bu işlərə şəxsən ölkə başçısı nəzarət edir. Prezident İlham Əliyev bölgələrə səfərlər edərək yeni layihələrin təməlini qoyur və onların icrasını yerində izləyir. Kənd yollarının təmiri, yeni avtomobil və dəmir yollarının çəkilməsi, körpü və tunellərin inşası həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdə geniş quruculuq və bərpa işləri aparılır.
Dünya sürətlə dəyişir və Azərbaycan da bu dəyişikliklərə uyğun inkişaf etməyi qarşısına məqsəd qoyub. Ölkə başçısının siyasi iradəsi və strateji planlaşdırma sayəsində iqtisadi inkişafın davamlılığı təmin edilir. Azərbaycan qlobal arenada aparıcı ölkələrdən birinə çevrilmək niyyətindədir və bunun üçün qarşıya qoyulan məqsədlərin uğurla icrası əsas vəzifə olaraq qalır”.
İqtisadçı ekspert Elşad Məmmədov da bu barədə öz fikrini bölüşüb.
O qeyd edib ki,Azərbaycanda sosial-iqtisadi müstəvidə həyata keçirilən islahatlar kontekstində son illərdə reallaşdırılan tədbirlərin əsas effekti məhz sosial yönümlü yanaşmalarda özünü göstərir:

“Belə ki, Azərbaycan sosial statusa malik dövlət kimi mövqelənmək istiqamətində mühüm addımlar atmışdır. Bu, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, həmin sistemdə rəqəmsal, şəffaf və eyni zamanda operativ tətbiqlərin həyata keçirilməsi ilə bağlı olmuşdur.
İdarəetmə sistemində daha mütərəqqi və effektiv mexanizmlərdən istifadə edilməsi ölkədə, o cümlədən regionlar səviyyəsində sosial müdafiə tədbirlərinin genişləndirilməsinə şərait yaratmışdır. Bunun nəticəsində bir sıra mühüm sosial layihələrin reallaşmasının şahidi olduq.
Ölkədə ardıcıl sosial proqramlar icra olundu ki, onların nəticəsi olaraq bir tərəfdən əhalinin müxtəlif kateqoriyalarının sosial müdafiəsi təmin edildi, digər tərəfdən isə bunun iqtisadi effekti müşahidə olundu. Çünki bu tədbirlər daxili bazarın genişlənməsinə, alıcılıq qabiliyyətinin qorunmasına və yüksəlməsinə səbəb oldu”.
İqtisadçı onu da əlavə edib ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm hissəsi həm də aktiv məşğulluq proqramlarının icrası ilə bağlıdır:
“Bu siyasət nəticəsində daha çox insanın əmək bazarında aktiv fəaliyyət göstərməsi üçün şərait yaradıldı. Təbii ki, bütün bu tədbirlər öz iqtisadi təsirini də göstərməkdədir. Biz görürük ki, bölgələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə sosial-iqtisadi sahədə aparılan tədbirlərin mərkəzində məhz insan amili dayanır.
Bu, dövlət başçısının sosial-iqtisadi müstəvidə həyata keçirdiyi islahatlarda müstəsna rolunu göstərir və onun güclü siyasi iradəsinə əsaslanır. Belə ki, dövlət başçısının siyasətinin mərkəzində insan amili dayanır və həyata keçirilən tədbirlər bunu bir daha sübut edir”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli saytımıza açıqlamasında bildirib ki, istehsalın davamlılığı üçün vacib olan təbii istehsal resursları – torpaq, sərmayə və işçi qüvvəsi – sahibkarın yanaşması və idarəetmə bacarığı ilə birləşdikdə uğurlu biznes modeli formalaşır:

“Bu amillərin birgə fəaliyyəti istehsal və biznesin davamlılığını təmin edir.
Hazırda Azərbaycanda proseslər belə inkişaf edir: torpaq faktoru kənd təsərrüfatı üçün vacib elementdir. Dövlət tərəfindən torpaqlar paylanıb və fermerlərə verilib. Azərbaycanda kənd təsərrüfatı sahəsində kifayət qədər təcrübəli fermerlər var. Son 10-15 ildə bu sahədə ciddi yeniliklər həyata keçirilib və əhəmiyyətli problemlər həll edilib. Sərmayə məsələsinə gəlincə, regionlarda kapital çatışmazlığı müşahidə olunsa da, dövlət tərəfindən verilən güzəştli kreditlər və subsidiyalar fermerlərə dəstək olub. Bu güzəştlər texnika, heyvandarlıq, bitkiçilik və bağçılıq sahələrini əhatə edərək təsərrüfatların kapital əlçatanlığını təmin edib.
İstehsalın davamlı inkişafı üçün yeni texnologiyaların tətbiqi vacibdir. Son 10 ildə fermerlər dünya üzrə müasir texnologiyaları mənimsəyərək məhsuldarlığı artıran yenilikləri Azərbaycanda tətbiq etməyə başlayıblar. Lakin burada əsas problem müasir texnologiyaların və elmi yanaşmaların tətbiqi üçün kadr çatışmazlığıdır”.
Ekspert son olaraq onu da vurğulayıb ki, bu problem yalnız dövlət idarəetmə strukturlarındakı heyətlə bağlı deyil, həm də birbaşa istehsalatla məşğul olan kadrların çatışmazlığı ilə əlaqəlidir:
“Orta və iri təsərrüfat sahibləri müasir texnologiyaları tətbiq edir və yüksək məhsuldarlıq əldə edirlər. Ancaq texnoloji yeniliklərin tam mənimsənilməsi və geniş yayılması üçün sahədə çalışan mütəxəssislərin yetişdirilməsi vacibdir. Fermerlər bu texnologiyaları mənimsədikcə, məcburən yeni kadrları yetişdirmək üçün xaricdən mütəxəssislər gətirir, yaxud yerli mütəxəssisləri xaricdə təcrübə keçməyə göndərirlər.
Kənd təsərrüfatında qarşıya çıxan ən böyük çətinliklərdən biri də torpaqların kiçik hissələrə bölünməsidir. Bir, iki, üç və ya beş hektarlıq sahələrdə müasir texnologiyaları tətbiq edərək yüksək məhsuldarlıq əldə etmək çətindir. Bu problemi həll etmək üçün gələcəkdə xırda fermer təsərrüfatlarının birləşməsi və şirkət şəklində fəaliyyət göstərməsi vacib olacaq. Kənd təsərrüfatında qurumsallaşma və müasir idarəetmə sistemlərinin tətbiqi mülkiyyət hüquqlarının qorunması ilə paralel aparılmalıdır. Xırda təsərrüfatlar zamanla iri təsərrüfatlarla birləşərək innovativ texnologiyalara qoşulacaq və ümumi inkişaf prosesinə töhfə verəcəklər. Hazırda regionlardakı kənd təsərrüfatı mənzərəsi bu istiqamətdə formalaşır”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Media İnkişaf Agentliyinin dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqamətində hazırlanıb.