“Tacikistanda keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin xüsusi önəm kəsb edir. Görüş, bir tərəfdən Azərbaycan Prezidentinin yaratdığı reallığın qəbul edildiyini, digər tərəfdən isə Azərbaycan və Rusiya arasında konstruktiv və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davam etdiyini nümayiş etdirdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib. O bildirib ki, Azərbaycan həmişə qonşuları ilə konstruktiv münasibətlərin, normal və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub:

“Müstəqillik qazandığı gündən etibarən Azərbaycan xarici siyasətini məhz bu prinsiplər üzərində qurub. Tacikistandakı görüş Azərbaycanın Cənubi Qafqazda və onun hüdudlarından kənarda artıq söz sahibi olduğunu, regionda formalaşan yeni reallıqların böyük güclər tərəfindən qəbul edildiyini bir daha nümayiş etdirdi. Bu baxımdan, baş tutan görüşə sadəcə regional çərçivədə deyil, qlobal siyasət kontekstində yanaşmaq daha doğru olardı.
Hazırkı beynəlxalq vəziyyət xüsusilə Rusiya-Ukrayna müharibəsi və Rusiya ilə Qərb arasında mövcud olan qarşıdurma fonunda – Azərbaycanın neytral, beynəlxalq hüquqa əsaslanan, konstruktiv və sülhpərvər mövqeyi daha da əhəmiyyət qazanır. Azərbaycan bu mürəkkəb geosiyasi mənzərədə etibarlı tərəfdaş, sabitlik mənbəyi kimi çıxış edir”.
Cavidan Mirzəzadə
Demokrat.az