"Azərbaycan Respublikasının vətəndaşına məxsus bank kartından cinayət məqsədilə istifadə olunarsa, məsələn, həmin karta dələduzluq yolu ilə əldə olunan vəsaitlər yönəldilərsə və ya bu kart vasitəsilə pul çıxarılarsa, bu halda kart sahibinin də məsuliyyəti məsələsi gündəmə gəlir".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Emil Aslanov deyib.
"Belə hallarda, kart sahibi birbaşa cinayəti törətməsə də, onun kartından “çirkli pulların” yığılması və ya dələduzluq əməliyyatlarının aparılması cinayət tərkibli əməllər kimi qiymətləndirilə bilər".
O bildirib ki, internet üzərindən “işə düzəltmək” adı ilə elan verilir və insanlardan qeydiyyat və ya başqa məqsədlə müəyyən məbləğdə pul istənilir:
"Əgər bu vəsaitlər Azərbaycan ərazisində fəaliyyət göstərən bir kart hesabına köçürülürsə, həmin kartın sahibi müəyyən edilərək məsuliyyətə cəlb oluna bilər.Hazırda bu cür hallarda kart sahibinin məsuliyyətini tənzimləyən hüquqi mexanizmlərlə bağlı qanun layihəsinin müzakirə olunduğu bildirilir".
Əfsanə Kamal
Demokrat.az