Gəncədə yolu süpürən şəxsi avtomobil vurdu

HADİSƏ 30 mart 2025, 09:12
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü F.Qarayevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Qeyd edək ki, F.Qarayev ərazidə yolu süpürərkən avtomobil onu vurub.

Onun Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 aprel 2025, 11:45
Top