Ronaldo yayda "Real Madrid"ə qayıda bilər

İDMAN 01 aprel 2025, 11:56
Səudiyyə Ərərbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo bu yay "Real Madrid"ə keçə bilər. 

Demokrat.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbə iddia edir ki, 40 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klubunun vəsiqə qazana bilmədiyi 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında oynamaq istəyir. FIFA iyunun əvvəlində xüsusi transfer pəncərələri açacaq və bu müddət ərzində Ronaldo "Real Madrid" ilə bir turnir üçün qısamüddətli müqavilə imzalamaq istəyir.

2023-cü ilin yanvarında Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və "Əl-Nəsr"lə müqavilə bağlayın. Onun illik maaşının 200 milyon dollar olduğu deyilir. Ölkədə qadın və kişinin nikahsız bir dam altında yaşaması qadağan olunsa da, futbolçuya güzəşt edilib və övladlarının anası Ceorcina Rodrigeslə birlikdə yaşamağa icazə verilib.

Forvard 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib. Madrid komandası ilə birlikdə ikiqat İspaniya çempionu, dördqat Çempionlar Liqasının qalibi olub, həmçinin üç dəfə klublararası dünya kubokuna sahib çıxıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top