"Ramazandan dərhal sonra gündə 3-4 dəfə ağır yeməklərlə qidalanmaq həzmi çətinləşdirə bilər" — AÇIQLAMA

GÜNDƏM 01 aprel 2025, 12:50
"Bir ay boyunca oruc tutan bədən artıq müəyyən ritmə alışıb”. 

Bunu Demokrat.az-a açıqlamasında həkim-dietoloq Ceyhunə Yusifova deyib.

O əlavə edib ki,  Ramazan sonrası dönəmdə isə qidalanmada balansı qorumaq və orqanizmi tədricən əvvəlki rejimə uyğunlaşdırmaq vacibdir:

“Ramazandan dərhal sonra gündə 3-4 dəfə ağır yeməklərlə qidalanmaq həzmi çətinləşdirə bilər. Gündə 2-3 əsas və 1 yüngül ara öyünlə başlamaq daha uyğundur. Həddindən artıq yağlı, şəkərli və işlənmiş qidalardan uzaq durun. Əsasən protein, lif, sağlam yağlar və kompleks karbohidratlardan ibarət menyular seçin. Ramazanda bədən su çatışmazlığına öyrəşmiş ola bilər. Gün ərzində 2-3 litr su içmək yenidən vərdiş halına gətirilməlidir. Kefir, kəsmik, qatıq kimi probiotiklərlə zəngin qidalarla mədəni gücləndirmək tövsiyə olunur. İftardan sonra edilən gəzintilər artıq bitdi deyə, indi gün ərzində aktiv qalmaq,  yüngül idman, pilates, gəzinti metabolizmi stimullaşdıracaq. Bu dövrdə məqsəd bədəni yükləmədən, tədricən sağlam və balanslı qidalanma rejiminə keçməkdir. Əgər doğru yanaşma ilə davam edilsə, Ramazan ayının gətirdiyi yüngüllük və təmizlik halı uzun müddət qoruna bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 aprel 2025, 19:55
Top