Sumqayıtda yanğın: Sakinlər təxliyə olundular

HADİSƏ 31 mart 2025, 19:45

Sumqayıtda yanğın hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqalədə Hallar Nazirliyindən məlumat verilrib.

Bildirilir ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 6 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 3 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top