Sərxoş sürücü piyadanı vuraraq hadisə yerindən qaçdı

HADİSƏ 01 aprel 2025, 09:46
Bakıda sərxoş sürücü piyadanı vuraraq öldürüb. Sürücü hadisə yerindən qaçıb.

Demokrat.az xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Şamxal Şirinov idarə etdiyi BMV markalı avtomobillə Bahar Əsgərovanı vuraraq hadisə yerindən qaçıb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top