ŞAD XƏBƏR — Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

GÜNDƏM 01 aprel 2025, 12:30
İşğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

AZXEBER.COM xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Təhsil haqqında" və "Peşə təhsili haqqında" Qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Dəyişikliklər təsdiq olunacağı təqdirdə, 2025-ci il sentyabrın 15-dən tətbiq ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 aprel 2025, 19:55
Top