Mağazadan geyim aldı, ödənişi etməyib satıcını hədələdi — VİDEO

HADİSƏ 29 mart 2025, 22:47
Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb.

Demokrat.az Xəzər TV-yə istinadən məlumat verir ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Seymur Həmidovu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top