Vüqar Qurbanov onu işdən çıxardı — Yeni təyinat (FOTO)

SOSİAL 24 mart 2025, 19:44
Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru Canəli Nəbiyev vəzifəsindən azad edilib. 

Demokrat.az bildirir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

TƏBİB sədrinin digər əmrilə Həsənov Kamil Asif oğlu sözügedən vəzifəyə təyinat alıb.

Uşaq cərrahı Kamil Həsənov bundan əvvəl həmin xəstəxananın cərrahiyyə şöbəsinin müdiri olub. 

Qeyd edək ki, işdən çıxarılan Canəli Nəbiyev 2022-ci ilin dekabr ayından 2024-cü ilin may ayınadək Xocavənd və həmin tarixdən 2025-ci ilin yanvar ayınadək Ağdam Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. İxtisasca hərbi həkim olan C.Nəbiyev heç bir yerə təyinat almayıb. (Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top