"Mənim həqiqətən də azərbaycanlı köklərim var. Anamın dediyinə görə, səhv etmirəmsə, ulu babam oradandır".
Demokrat.az xəbər verir ki, bunu Rusiyanın "Dinamo Mahaçqala" klubunun futbolçusu Mutalip Alibekov deyib.
28 yaşlı mərkəz müdafiəçisi Azərbaycan milli komandasının təklifindən imtina etdiyini bildirib: "2014-cü ildə Moskvanın MOİK klubunda olduğum vaxt Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət almışdım. Orada Dağıstandan bir neçə tanışım çıxış edirdi. Yəqin ki, haqqımda nə isə demişdilər. Mənə zəng edib maraqlandılar. Amma bu təklifdən imtina etdim".
Alibekov imtina səbəbini də açıqlayıb: "MOİK-dən Rusiya millisinə gedə biləcəyimi düşünürdüm. Həmin təklifdən sonra transfermarkt-da Rusiya vətəndaşlığından əlavə, Azərbaycan pasportumun da olduğu göstərilir. Amma bu, belə deyil".
Rusiya U-19 yığmasının sabiq üzvü AFFA-ya imtina cavabı verdikdən sonra onunla əlaqənin saxlanılmadığını əlavə edib.
Qeyd edək ki, Mutalip Alibekov karyerası ərzində MOİK və "Dinamo Mahaçqala"dan əlavə, ölkəsinin "Ximki", "Baltika" və Belarusun "Smoleviçi" klublarında çıxış edib. /Teleqraf